Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar


Digərləri 09 Dek 2019 12:46:00 125 0

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

Gəlirlərini 3 il innovasiya sahəsinə yönəldən sahibkarlar mənfəət vergisindən azad olacaqlar

Bakı. İlhamə İsabalayeva -Trend : Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq. Trend-in məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, bundan başqa, kiçik-orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur: "Onlar mənfəət-torpaq vergisindən azad edilə bilər. Eyni zamanda, dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir. S.Həsənova əlavə edib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş imkanlar var.