Bəzi ərazilərdə elektrik kəsiləcək


Digərləri 09 Dek 2019 12:36:00 205 0

Bəzi ərazilərdə elektrik kəsiləcək

Abşeron və Binəqədidə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq

Bakı. Samir Əli - Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir. "Azərişıq" ASC-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq 10.12.2019-cu il tarixindən adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.