Nazir: Əmək resursları üçün yeni sahələr yaradılmalıdır


Digərləri 09 Dek 2019 12:37:00 196 0

Nazir: Əmək resursları üçün yeni sahələr yaradılmalıdır

İnsanların əmək münasibətləri qanuni olması üçün maksimum səviyyədə maarifləndirmək lazımdır

Bakı. İlhamə İsabalayeva - İnsanları maksimum dərəcədə maarifləndirməliyik ki, onların əmək münasibətləri qanuni olsun. Çünki qeyri-formal əmək münasibətləri olanda onlar əmək və sosial hüquqlarını itirirlər. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsində deyib. Onun sözlərinə görə, bu il əmək müqavilələrinin sayı 150 mindən artıq artıb. Bunun da 2/3-si özəl sektorun payına düşür. Əməkhaqqı fondu ölkədə 40 % artıb. S.Babayev əlavə edib ki, texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması nəticəsində bir çox peşələr sıradan çıxıb, gələcək dövrlərdə də başqa peşələr sıradan çıxacaq.