Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi - Etiraz notası hazırlanır


Digərləri 09 Dek 2019 11:59:00 107 0

Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərildi - Etiraz notası hazırlanır

Türkiyənin qeyri-hökumət təşkilatı Xarici İşlər Nazirliyindən Ermənistana etiraz notası göndərməyi tələb edir

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin qeyri-hökumət təşkilatı Xarici İşlər Nazirliyindən Ermənistana etiraz notası göndərməyi tələb edir. Trend-in məlumatına görə, bu bəyanatla Türkiyə-Azərbaycan Dostluq Assosiasiyasının vitse-prezidenti Sərdar Ünsal çıxış edib. Buna səbəb kimi Ermənistanın “Western Armenian TV” telekanalında Türkiyə ərazilərinin Ermənistanın tərkibində qeyd olunması göstərilir. Onun sözlərinə görə, ümumilikdə Türkiyənin 20 rayonu Ermənistanın tərkibində göstərilib. S.Ünsal əlavə edib ki, Türkiyənin bütün QHT-ləri Ermənistanın bu hərəkətinə qarşı çıxış etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin