Müğənninin oğlu qəzaya düşdü, xəstəxanaya yerləşdirildi


Dünya 09 Dek 2019 11:59:00 123 0

Müğənninin oğlu qəzaya düşdü, xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti, müğənni Valeriyanın oğlu Arseni Şulqin Sankt-Peterburq şəhərində qəza keçirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "REN TV"yə ifaçının həyat yoldaşı, prodüser İosif Piqojin məlumat verib. Onun sözlərinə görə, oğlan anasına sürpriz etmək məqsədilə Valeriyanın çıxış etdiyi məkana yola düşüb. Sükan arxasında olan Arseninin həyat yoldaşı Alina idarəetməni itirib və yol kənarındakı baryerə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan Arseni yaxınlıqdakı xəstəxanaya çatdırılıb və orada əməliyyat olunub. Gəncin həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Arseni Şulqinin atası Valeriyanın keçmiş həyat yoldaşı, bəstəkar Aleksandr Şulqindir.