İranda avtobus aşdı, yaralananlar var


Dünya 09 Dek 2019 10:59:00 133 0

İranda avtobus aşdı, yaralananlar var

"İranın şimalında yerləşən Simnan vilayətində Məşhəd-Tehran avtobusu aşıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Simnan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Müzəffər Məhəmmədxani deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, yerli vaxtla saat 5:26-da baş verən hadisədə 24 nəfər yaralanıb.

İdarə rəsmisi yaralıların təcili yardım maşınları ilə müalicə mərkəzlərinə çatdırıldığını deyib.