Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı


Digərləri 09 Dek 2019 09:58:46 128 0

Astarada dəhşətli QƏTL - Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakı. Samir Əli - Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub. Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı o C.Əliyevi qətlə yetirdiyini etiraf edib. Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.