Meksika hökuməti Argentinadakı səfirini geri çağırır


Dünya 09 Dek 2019 09:39:00 98 0

Meksika hökuməti Argentinadakı səfirini geri çağırır

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero, Buenos Ayresdəki kitab mağazasından oğurluq iddiası səbəbiylə geri çağırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Meksika XİN-i Marselo Ebrard "Twitter" səhifsində açiqlama verib.

Açıqlamada deyilir: "Mən etika üzrə komitədən məşhur mağazadan kitab oğurlamaqda günahlandırılan Argentinadakı səfirin məsələsini aydınlaşdırmağı xahiş etdim. Hələ ki səfirə qayıtmaq göstərişi vermişəm".

"Ateneo" kitab mağazasında quraşdırılmış müşahidə kamerası 76 yaşlı diplomatın Cakomo Kasanovanın bioqrafiyasını qəzetdə gizlədərək oğurlamağa çalışdığını qeyd edib. Çıxışda təhlükəsizlik işçiləri tərəfindən saxlanılan səfir polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildiydən sonra sərbəst buraxılıb.