Gəncədə gənc qız itkin düşüb
Sosial 09 Dek 2019 09:23:15 137 0
Gəncədə 19 yaşlı qız itkin düşüb.
Gəncədə 19 yaşlı qız itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə dekabrın 5-də şəhərin Məshəti qəsəbəsi, 10-cu küçədə baş verib.
Belə ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suqra Məmmədova saat 6 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: report.az