Dehlidəki faciənin səbəbi bilindi


Dünya 09 Dek 2019 09:29:00 130 0

Dehlidəki faciənin səbəbi bilindi

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısaqapanma olub.

Son.az Trend-ə istinadən bildirir ki, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar.

Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.