Finlandiya sənayesi tətilə başlayır


Dünya 09 Dek 2019 09:14:00 141 0

Finlandiya sənayesi tətilə başlayır

Finlandiyada sənayesinin texnoloji, kimya və ağac emalı sahələrində 100 min işçinin iştirakı ilə iri miqyaslı tətillər başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək mübahisəlri üzrə dövlət vasitəçisi Vuokko Piekkala xəbər verib.

Sənaye həmkarlar ittifaqi (Teollisuusliitto) dekabrın 9-dan 11-dək, xüsusilə, Porvoo və Naantalidəki "Neste" korporasiyasına məxsus neftayırma zavodlarını bağlayacaq olan tətil xəbərdarlığını bəyan edib.

Hal hazırda danışıqlar aparan Texnoloji Sənaye Assosiasiyası və Sənaye İttifaqı bu sahədə maaşların artırılması ilə bağlı razılıq əldə etməyiblər. İşə götürənlər əmək haqqını 0,5% artırmağa hazır olduqlarını, işçilər isə 2,5-3% artım tələb etmələrini bildirirlər.

Piekkala deyib: "Əmək haqqının artırılması istisna olmaqla, bütün digər məqamlarda razılıq əldə olunub. Son məsələdə tərəflərin fikirləri çox fərqlidir".