Şirvanda avtomobil qadını vurub


Sosial 09 Dek 2019 08:14:31 135 0

Şirvanda avtomobil qadını vurub

​Şirvanda piyada qadını avtomobil vurub

Şirvanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında “Köhnə şəhər” deyilən ərazidə qeydə alınıb.

“Jiquli” markalı avtomobil yolu keçmək istəyən piyada qadını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.