Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır


Digərləri 09 Dek 2019 08:00:00 122 0

Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır

Yumurta alarkən nələrə diqqət etməliyik?

Bakı. Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır. Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir. Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır: • Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik; • Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir; • Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır; • Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir; • Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır; • Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.