Övladınız sizinlə səyahət edirsə...


Digərləri 09 Dek 2019 07:28:00 114 0

Övladınız sizinlə səyahət edirsə...

http://kaspi.az/az/vladiniz-sizinle-seyahet-edirse

Rəna Osman: "Elə valideyn var ki, uşağı adi parka aparmağa səbri çatmır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqları dünyaya gələndən sonra bir çox cütlüklər səyahətlərinə ara verirlər, "uşaqla səyahət etmək mümkün deyil" deyirlər. Səyahət bloggeri Rəna Osman isə bildirir ki, uşaqla səyahət etmək mümkündür, sadəcə olaraq, burda bəzi məqamları diqqətdə saxlamaq lazımdır. Bəs o məqamlar hansılardır?

R.Osman deyir ki, uşaqla səyahət üçün valideynlər özlərini buna hazır hiss etməlidirlər: "Həm psixoloji, həm maddi, həm də fiziki olaraq uşaqla səyahətə hazır olmaq lazımdır. Və ilk olaraq uşaqla yola çıxmağı yoxlamaqda fayda var. Məsələn, rayonlardan birinə səfər etsinlər, təcrübə kimi yoxlasınlar ki, bunu uzun yol üçün edə bilərlər, yoxsa yox. Məsələn, bizim uşağımız 3 aylıq olanda, bir rayona səfəri etdik. Bu, böyük təcrübə oldu. Nələri gözə alacağımızı bildik və 4 aylıq olanda bir yerdə artıq Dubaya səfər etmişdik".

Bloggerin sözlərinə görə, uşaq ayaq açıb yeriyənə qədər səyahətdə valideynlər üçün o qədər də narahatlıq yaratmır: "Uşaq nə qədər balacadırsa, onunla gəzmək o qədər rahatdır. Adətən, uşaq yeyir və yatır. Amma ayaq açıb yeriyəndə, təbi ki bir yerdə dayanmayacaq, qaçacaq, gəzəcək. Yəni onun arxasınca gəzməli olursan".