Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub


Digərləri 09 Dek 2019 05:15:46 126 0

Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısa qapanma olub

Bakı. Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısa qapanma olub. Trend-in məlumatına görə, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar. Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.