Barselona səkkizinci oldu


Digərləri 09 Dek 2019 04:30:00 119 0

Barselona səkkizinci oldu

Barselona "Cities for the Best Work-Life Balance 2019" reytinqində (iş və şəxsi həyat arasında tarazlığın yüksək səviyyədə olduğu şəhərlərin reytinqi) səkkizinci yeri tutub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kataloniya paytaxtı yalnız Helsinki, Münxen, Oslo, Stokholm, Berlin və Sürix şəhərləri ilə ayaqlaşa bilməyib. İlk onluğu Paris və Vankuver şəhərləri tamamlayıb.

Reytinqi tərtib edənlər ispanların uzun sürən nahardan sonra yatıb dincini almaq ənənəsini qeyd edərək bildirirlər ki, bu iş prosesinə bir qədər mane olur. İri şəhərlərdə işəgötürənlər bu ənənəni aradan qaldırmağa çalışırlar. Onlar vurğulayırlar ki, Barselonada bayram günlərinin sayı dünyanın digər şəhəri ilə müqayisədə çoxdur.