Uqandanın qərbində daşqın qurbanlarının sayı 22-ə çatdı


Digərləri 09 Dek 2019 02:55:00 165 0

Uqandanın qərbində daşqın qurbanlarının sayı 22-ə çatdı

Uqandanın qərbində, Bundibugio əyalətində güclü yağışlar səbəbindən meydana gələn sel qurbanlarının sayı 22-yə çatıb

Bakı. Uqandanın qərbində, Bundibugio əyalətində güclü yağışlar səbəbindən meydana gələn sel qurbanlarının sayı 22-yə çatıb. Trend-in məlumatına görə, əyalətin başçısı Muteqeki Ronald daha bir neçə nəfərin itkin düşdüyünü bildirilib. O, həmçinin sel və torpaq sürüşmələrinin ərazidə xaosa səbəb olduğunu qeyd edib. Bundan əlavə altı saatlıq güclü yağışlardan sonra Tokve çayı sahillərindən çıxıb. Muteqeki deyib: "Bu dəhşətli və çox xoşagəlməz bir vəziyyətdir. Əkin və evlər də daxil olmaqla çox miqdarda əmlak məhv edilib, körpülər yuyulub, yolların su altında qalması nəqliyyat şəbəkəsini iflic edib".