Veteranın pensiyasını peçenye ilə ödədilər


Digərləri 09 Dek 2019 01:30:00 227 0

Veteranın pensiyasını peçenye ilə ödədilər

Rusiyanın Ufa şəhərində əmək veteranının başına iş gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, veterana ödənilməli olan 13 min 127 rubl məbləğində təqaüd poçtalyon tərəfindən qəribə şəkildə sahibinə çatdırılıb. Belə ki, qocaya 13 min 100 rubl ödəyən poçt işçisi 27 rubl əvəzinə peçenye verib. Poçtalyon bunu onunla izah edib ki, onlara yalnız 100 rublluq məbləği ödəmək tapşırılıb.

Veteranın qızının sözlərinə görə, atası eşitdiklərindən özünə gəlməmiş poçt nümayəndəsi oradan uzaqlaşıb.