Günün qoroskopu: sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir


Digərləri 09 Dek 2019 00:01:00 141 0

Günün qoroskopu: sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - iş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da, vacib olan işlərə diqqət yönəltmək lazımdır. Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin.

Buğa - eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq. Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.

Əkizlər - sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir. Ancaq fikirlərinizi açıq-aşkar söyləməyiniz tərəfdaşlarınızla ümumi dil tapmağa, həmçinin xoşunuza gələn insanların rəğbətini qazanmağa imkan verir. Biznesdə təşəbbüs göstərin, intuisiyanız darda qoymayacaq. İşgüzar və enerjilisiniz. Dostlarınız və yaxınlarınız sizə çatdırmırlar və bu, paxıllıq əvəzinə zarafat üçün bir bəhanəyə çevrilir. Köhnə tanışlarınızdan gözlənilməz təklif ala bilərsiniz. Bəzi Əkizlər öz hobbilərini gəlir mənbəyinə çevirəcəklər.

Xərçəng - tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq. Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.

Şir - kommersiya baxımından əla gündür. Bağladığınız sövdələr böyük gəlir vəd edir, gözləmədiyiniz yerdən də iri məbləğdə pul ala bilərsiniz. Peşəkar nüfuzunuz artır. Sizin rəyinizi daha yüksək vəzifə tutan insanlar da dinləyirlər. Səfərlər və səyahətlər üçün münasib gündür - həm iş məsələlərini həll edə, həm də əylənə bilərsiniz. Sizi intuisiyanız idarə edir və çox hallarda o haqlıdır. Günün ikinci yarısı həm dostlarla, həm də sevgilinizlə görüş üçün əladır.  

Qız - işgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür. Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.

Tərəzi - ünsiyyət üçün xoş gündür, xeyli görüş və söhbət gözlənilir. Təəssüf ki, xoşəgəlməz insanlarla da görüş qaçılmazdır, amma siz pis təsir altına düşməyəcək, özünüzü idarə etməyə imkan verməyəcəksiniz. Dediyinizin üstündə durun, amma kimsənin sizi qəddarlıqda və aqressivlikdə günahlandırmasına şərait yaratmayın. Yaxınlarınızla nəzakətli olun, sərt iradlardan, başqalarını incidəcək zarafatlardan çəkinin. Əzizlərinizlə aranızda fikir ayrılıqları yaranır, ancaq bir qədər özünüzə əziyyət versəniz, ailədə sakitliyi qoruyub saxlaya bilərsiniz.