Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...


Digərləri 08 Dek 2019 23:55:00 162 0

Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...

Araşdırmalar göstərir ki, depressiv vəziyyətdə olan insanlar daha çox kilo almağa meyllidirlər. Stresslə üz-üzə qalanda mətbəxə getməmişdən əvvəl acıq havaya çıxın.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə gün işığı olan yerdə xoşbəxtlik hormonları olan serotonin və endorfinin yüksələrək antidepressant təsir etdiyi məlumdur: "Lütfən, darıxanda gün işığında gəzin. Özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz".

Həkim vurğulayıb ki, insan özünü mükafatlandıranda özünü dəyərli və xoşbəxt hiss edir: "Alış-veriş mərkəzinə gedin. Özünüzə kiçik də olsa, hədiyyə alsanız, ən azı bir tikə tort yemiş qədər özünüzü xoşbəxt hiss etdiyinizi görəcəksiniz. Üstəlik bu vəziyyətdə çox yeməkdən sonra yaşanan peşmançılıq və günahkarlıq duyğusunu yaşamayacaqsınız.