Miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları azalır


Digərləri 08 Dek 2019 23:45:00 233 0

Miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları azalır

"Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri əsas ölüm səbəblərindəndir".

Bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov deyib.

O bildirib ki, respublikada ürək transplantasiyasından başqa bütün ürək qan-damar sistemi xəstəliklərinin diaqnostika və müalicə üsulları tətbiq edilir: "Ona görə də əsas ölüm səbəblərindən olan miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları ildən-ilə azalmaqdadır".