Donald Tramp demokratlara qarşı yeni ittiham irəli sürüb


Dünya 08 Dek 2019 23:18:00 155 0

Donald Tramp demokratlara qarşı yeni ittiham irəli sürüb

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar impiçmentin araşdırılmasının gedişinin qaydalarını dəyişdirirlər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

"Bazar ertəsi impiçment üzrə saxta dinləmələrin başlanğıcına qədər 48 saatdan az müddətdə hüquqi prosedurlara riayət etməyən avara demokratlar impiçment qaydalarını dəyişdirirlər, istəyirsiniz inanın, istəmirsiniz yox, çünki faktlar onların tərəfindədir. Nə vaxt ki, oyunda uda bilmirsən, qaydaları dəyişdir!", - deyə Tramp "Twitter"də yazıb.