Səudiyyəli nazir “Aramco”nun bazar dəyərinin 2 trilyon dolları keçəcəyini düşünür


Digərləri 08 Dek 2019 23:05:00 123 0

Səudiyyəli nazir “Aramco”nun bazar dəyərinin 2 trilyon dolları keçəcəyini düşünür

Səudiyyə Ərəbistanı "Saudi Aramco" milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (IPO) sonra şirkətin bazar dəyərinin 2 trilyon dolları keçəcəyinə inanır.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib. O, IPO tam yekunlaşdıqdan sonra şirkətin bazar dəyərinin 2 trilyon dolları keçəcəyinə əmin olduğunu bildirib.

Son.az marja.az-a istinadən bildirir ki, "Saudi Aramco" IPO-dan 25 milyard dollar gəlir əldə etməklə bazar dəyərini 1,7 trilyon dollara yüksəldib. Beləliklə də "Aramco" bazar dəyəri 1,1 trilyon dollar olmaqla dünyanın ən dəyərli şirkəti olan "Apple" korporasiyasını geridə qoyub.

"Saudi Aramco"nun məlumatına görə, şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ müəyyənləşdirilən 32 Səudiyyə rialı (8,53 dollar) təklif verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib.

IPO çərçivəsində institusional investorlar 106 milyard dollarlıq və fərdi investorlar isə 119 milyard dollarlıq təklif verib.