Türkiyə NATOa ya güzəştə getməyib –


Dünya 08 Dek 2019 22:21:00 160 0

Türkiyə NATOa ya güzəştə getməyib –

Baltikyanı ölkələrin müdafiəsi üzrə NATO planı YPG /PYD/PKK terrorçularından qaynaqlanan təhdidlər də daxil olmaqla alyansın Türkiyənin qorunması üzrə planı dərc olunmayana qədər açıqlanmayacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər nazirliyi Mövlud Çavuşoğlu bildirib.

Nazir eyni zamanda Ankaranın Baltikyanı ölkələrin müdafiəsi üzrə NATO planını müzakirəsi zamanı güzəştlərə getməsinə dair iddiaları da təkzib edib: "Güzəştlərə dair iddialar həqiqəti əks etdirmir".

Onun sözlərinə görə, Türkiyə Kiprin yunan icması istisna olmaqla Aralıq Dənizinin bütün subyektləri ikitərəfli və çoxtərəfli sazişlər imzalaya bilər.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Polşa, Fransa və Almaniya, həmçinin Alyansın Baş katibinin xahişi ilə Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı təsdiq edib.

"Siz Polşa və Baltikyanı ölkələr haqqında bilirsiniz. Biz bu addımı ötən gün axşam atdıq. Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Polşa prezidenti bizə dəstək üçün müraciət etdilər. Dostlarımla görüşdən sonra biz "hə" dedik, lakin Alyansdan da bizim terrorla mübarizəmizə eyni dəstəyi görürük. Çox təəssüf ki, NATO ölkələri yalnız buna hazır olduqlarını sözdə deyirlər", - deyə Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyənin NATO üzrə bəzi tərəfdaşları terror təşkilatları ilə əlbirdir: "Biz NATO-nun təhlükəsizlik təhdidlərinə necə ciddi yanaşırıqsa, bütün tərəfdaşlar da bizim təhlükəsizlik problemimizə ciddi yanaşmalıdırlar".

Xatırladaq ki, daha əvvəl rəsmi Ankara NATO-dakı təmsilçisindən Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə Planı imzalamamağı tələb etmişdi.