"Fitch" neftin qiyməti ilə bağlı proqnozlarını endirdi


Digərləri 08 Dek 2019 22:25:00 115 0

"Fitch" neftin qiyməti ilə bağlı proqnozlarını endirdi

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu il üçün proqnozlaşdırılan qiymət Brent neftinin bir bareli üçün 65 dollardan 63,4 dollara, WTI markalı neftin bir bareli üçün isə 57,5 dollardan 56,83 dollara endirilib.

Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları isə dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.