Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi


Digərləri 08 Dek 2019 22:09:00 123 0

Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi

"Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə - üzü divara saxlayırdılar. Bir dəfə onlar kabab yeyirdilər Hüseyn dedi ki- mən də kabab istəyirəm, - Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu..." - azyaşlı Qulu danışır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri, qardaşı ilə birgə öz atası və ögey anası tərəfindən dəhşətli işgəncələrə məruz qalmış Qulu deyir. Jurnalist Elgün Gəncimsoy öz "facebook" səhifəsində bu dəhşətli hadisəni işıqlandırıb və uşaqların məruz qaldığı işgəncələrin fotolarını paylaşıb.

Həmin postu və fotoları təqdim edirik:

Gördüyünüz bu uşaqların birinin adı Quludur digərininsə Hüseyn... Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldığı ataları Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu bu evlilik Nuranənin həyatınıda üçüncü "hadisə" olsa da onun heç bir ərindən uşağı olmayıb.

"Axşam atam evə gec gəlirdi. O dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Hüseynin üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... " - deyir , balaca Hüseyn...

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutur. Baş verənlərə dəfələrlə şahidlik edir, şəkil çəkir, hüquq mühafizə orqanlarına müraciət edir. Amma cavab ürəkaçan olmur:

"Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O dünyasını dəyişdi... Biri bir yaş yeddi aylıq digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki bu körpələri incitməsin. Amma xeyiri olmadı. O qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncəsin ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bölməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb tədavi edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar... Dağ çəkiblər... Berlində siqaret söndürüblər... Barmağın qaynar suya salıblar..." - deyib , ağlayır Qulu kişi.

"Nuranə qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan aşıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də durbaynan bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qaldıq. Qaqamın əli şişmişdi. Mən Nuraniyə qaqamın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iyənəldi..." , Deyir - balaca Qulu...