Neft “OPEC plus”un qərarı ilə bahalaşıb


Digərləri 08 Dek 2019 20:25:00 126 0

Neft “OPEC plus”un qərarı ilə bahalaşıb

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC plus" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb.

Qərarın ardından neft qiymətləri yüksəlib. Brent nefti 1,6% bahalaşaraq barelinin qiyməti 64,40 dollara, ABŞ xam nefti isə 1,3% bahalaşaraq barelinin qiyməti 59,17 dolara qalxıb.