Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı artıb


Dünya 08 Dek 2019 19:41:00 118 0

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı artıb

Şərqi Azərbaycan vilayətinin Tibbi Ekspertiza Mərkəzinin bildirdiyinə görə, bu ilin ilk 7 ayında vilayətdə baş vermiş iş qəzaları səbəbilə 59 fəhlə həlak olub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tibbi Ekspertiza Mərkəzinin sədri Əli Səfayi-Fərd bu haqda dövlət agentliyi İRNA-ya məlumat verib.

Səfayi-Fərdin sözlərinə görə, vilayətdə iş qəzalarında ölənlərin sayı keçən ilə müqayisədə 26 faiz artıb.

"Bu ilin (1398 hicri ili) ilk 7 ayında baş vermiş iş qəzaları nəticəsində 59 nəfər həyatını itirib. Ölənlərin 15-i yüksəklikdən düşmək, 10-u sərt obyektə çarpmaq, 3-ü elektrik vurması və 1-i yanğın səbəbilə həlak olub. Həmçinin, bu müddətdə iş qəzalarında xəsarət alan 815 nəfər mərkəzimizə müraciət edibl."