Dehlidə 43 adamın ölümü ilə nəticələnən fabrik yanğınının səbəbləri araşdırılır


Dünya 08 Dek 2019 19:42:00 143 0

Dehlidə 43 adamın ölümü ilə nəticələnən fabrik yanğınının səbəbləri araşdırılır

Hindistan rəsmiləri Dehlidə 43 adamın ölümü ilə nəticələnən fabrik yanğınının səbəbləri araşdırılır. Fabrikdə yananların ailələləri xəstəxana qarşısına toplaşıb, onların kimliyinin müəyyən edilməsinə yardım edib.

Yanqınsöndürənlər alovla 100 metrlik məsafədən mübarizə aparmalı olub. Belə ki, yanğın bürüyən ərazidəki dar xiyabanlar və elekrik xətlərinin alovlanması ilə maşınlar hadisə yerinə yaxınlaşmaq mümkün olmayıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bölgədə yaşayan Məhəmməd Nauşad adlı şəxs insanların səhər 4:30-dan küçələrdə olduğunu bildirib. O, dördüncü mərtəbədən alov püskürdüyünü, daha aşağı mərtəbədə isə 20-25 adamın yerdə uzandığını gördüyünü deyib.

"Mən onların ölü və ya huşsuz olduqlarını bilmirəm" , Nauşad bildirib. O, təqribən 10 nəfəri içəridən çıxardığını deyib.