Evsizlərə dəstək aksiyası Minlərlə insan küçələrdə gecələyib


Dünya 08 Dek 2019 19:43:00 132 0

Evsizlərə dəstək aksiyası Minlərlə insan küçələrdə gecələyib

Dünyada minlərlə insan küçələrdə gecələyib. BBC-nin məlumatına görə, iki minə yaxın britaniyalı gecəni London küçələrində yatıb.

"The World's Big Sleep Out" aksiyası çərçivəsində baş tutan bu tədbirdə iştirakçılar evsizlərə kömək üçün vəsait toplamağa çalışıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, oxşar tədbirlər Nyu-York, Manila, Dublin, Honq Konqda da keçirilib. Təşkilatçıların bildirdiyinə görə, ümumilikdə eyni həmrəylik aksiyası dünyanın 50-yə yaxın şəhərini əhatə edib.

Aksiyada məşhurlar da iştirak ediblər. Məsələn, Nyu-Yorkda tamaşaçılara aktyor Vill Smit müraciət edib.