İraq ruhanisinin evinə dron hücumu olub


Dünya 08 Dek 2019 19:39:00 134 0

İraq ruhanisinin evinə dron hücumu olub

İraq ruhanisi Moqtəda əl-Sədrin evinini şənbə günü silhalı dron hədəf alıb. Bu, onun tərəfdarları 17 etirazçının ölümü ilə nəticələnən hücuma cavab olaraq Bağdada getməsindən bir neçə saat sonraya təsadüf edib.

Bu hadisə İraqda oktyabr ayından bəri davam edən hökümət əleyhinə etirazlarda narahatedici dönüş nöqtəsidir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, paytaxtın ikonik Təhrir Meydanında toplaşan əsasən gənclərdən ibarət etirazçılar uzun müddətdir vəziyyətin xaosa çevriləcəyindən narahat idilər. Cümə günü isə onların narahatlıqlarının əbəs olmadığı ortaya çıxdı.

Gecə düşəndən sonra silahlılar etirazçıların paytaxtın Əl-Sinek körpüsü yaxınlığında həftələrdir qaldığı binaya hücum edib.

Şahidlər deyir ki, hücumçular etirazçıları atəş açaraq binadan qovarkən körpüdə yerləşdirilən təhlükəsizlik qüvvələri müdaxilə etməyib.

Tibb işçiləri AFP-yə bildirib ki, azı 17 nəfər öldürülüb, onlarla insan yaralanıb. Təcili tibbi yardım maşınları güllə və bıçaq yarası alan yeniyetmələri yaxınlıqdakı xəstəxanalara çatdırıb.