Netanyahu Qəzzada hərbi əməliyyatın başlanması barədə göstəriş verib


Dünya 08 Dek 2019 19:20:37 121 0

Netanyahu Qəzzada hərbi əməliyyatın başlanması barədə göstəriş verib

​Netanyahu Qəzzada hərbi əməliyyatın başlanacağını bildirib

İsrailin baş naziri Binyamin Netanyahu dünənki atəşlərdən sonra Qəzzada islamçılara qarşı mümkün hərbi əməliyyata hazırlaşmaq barədəgöstəriş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasının açılışında bildirib.

"Əgər atəş davam etsə, heç bir razılaşma (HƏMAS-la-red) olmayacaq. Əksinə, Qəzzada terrorçular hələ bizim gücümüzü hiss edəcəklər. O hissi ki, 3 həftə əvvəl bizə "İslam cihadı"nın lideri və bu təşkilatın onlarla döyüşçüsü hücüm edəndə, onlar İsrailin “Qara kəmər” əməliyyatının gedişatında hiss ediblər, - bu, yalnız başlanğıc idi", - baş nazir deyib.