Ən varlı 6 ingilisin sərvəti 13 milyon kasıbın sərvətinə bərabərdir


Digərləri 08 Dek 2019 19:25:00 133 0

Ən varlı 6 ingilisin sərvəti 13 milyon kasıbın sərvətinə bərabərdir

Böyük Britaniyanın ən zəngin 6 iş adamının cəmi sərvətinin, əhalinin ən kasıb 13,2 milyonluq hissəsinin cəmi sərvətinə bərabər olduğu hesablanlıb.

Son.az marja.az-a istinadən bildirir ki, mərkəzi ofisi Londonda yerləşən vətəndaş cəmiyyəti təşkilatı "Equality Trust"ın araşdırmasında, Böyük Britaniyada ən zəngin 6 milyarderin cəmi sərvətinin 39,5 milyard sterlinq səviyyəsində olduğu, bunun da əhalinin ən az gəlirli 13,2 milyonluq seqmentinin cəmi sərvətinə bərabər olduğu qeyd edilib.

"Hinduja" Qrupunun sahibi iki qardaş; Gopichand və Srichand Hindujai 12,8 milyard sterlinq məbləğində cəmi sərvətləri ilə İngiltərənin ən varlı adamlarıdır.

Kimyəvi maddələr istehsal edən "İneos" adlı şirkətin sahibi Sir Jim Ratcliffe 9,2 milyard sterlinq, fond idarəçisi Michael Platt isə 6,1 milyard sterlinqlik sərvətə sahibdir.

Əmlak şirkəti "Reuben Brothers"in sahibləri iki qardaş David və Simon Reubenin də cəmi 11,4 milyard sterlinq dəyərində sərvətləri var.