Plevrit və plevral möhtəviyyat


Digərləri 08 Dek 2019 19:15:00 125 0

Plevrit və plevral möhtəviyyat

Plevrit plevranın səthində möhtəviyyat əmələ gəlməsi və plevral boşluqda maye toplanması ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Xəstəliyin 2 əsas forması ayırd edilir: - quru - möhtəviyyatlı(eksudativ) Plevrit xəstəliyi öz gedişində xarakterini dəyişə bilir.Belə ki,eksudativ plevrit sorulduqda quru plevritə çevrilə bilir. Plevritin əmələ gəlməsində pnevmakokkların,stafilokokkların,vərəm mikrobakteriyasının,bəyaz spiroxetin rolu böyükdür.Plevrit lokalizasiyasına görə bir neçə növlərə bölünür: - apikal (zirvə plevriti) - kostal (plevranın qabırğa nahiyəsinin plevriti) - kostodiafraqmal - diafraqmal - paranediastinal Plevritlər birtərəfli və ikitərəfli ola bilir. Xəstəliyin əmələ gəlməsində virusların,bakteriyaların,göbələklərin,parazitlərin,apitik törədicilərin,xlamidiyaların törətdiyin infeksion xəstəliklərin cəbəbi vardır.Plevritin əmələ gəlməsinin əsas səbəbi ağ ciyərlrin və döşdaxili limfaların vərəmi hesab olunur.Plevritin baş verməsində pnevmoniyaların,ağ ciyərlərdə baş verən irinli proseslərin rolu da var. Bəzi hallarda plevra və ağ ciyərlərin metastatik şişləri,ağ ciyərlərin birincili xərçəngi,limfoma,leykoz da plevritin baş verməsinə səbəb olur. Əlamətləri Plevrada iltihabi proses olduqda ilk sutkalarda limdotik kapilyarların genişlənməsi,onların keçiriciliyinin artması,ödem və plevraaltı qatın infiltirasiyası müşahidə edilir.1-2 gündən sonra kapilyarların trombozu baş verir və damarların keçiriciliyi azalır.Bu zaman plevra ödemli və durğun olur.Sonra hüceyrə infiltrasiyası baş verir və səthdə eksudat əmələ gəlir.Eksudat tərkibinə görə müxtəlif olur: fibrinoz seroz irinli hemoragik Eksudat müalicə nəticəsində sorula və ya fibroz toxumaya çevrilə bilir. Xəstəlik özünü tənəffüs aktından asılı olan,güc verdikdə və öskürdükdə güclənən,bədənin vəziyyətindən asılı olaraq döş qəfəsində baş verən ağrılarla biruzə verir.Plevrada toplanan maye ağ ciyəri sıxdıqda təngnəfəslik meydana çıxır.Quru plevrit zamanı xəstələr subfebrikl,eksudativ plevrit zamanı isə yüksək qızdırmadan şikayət edirlər. Xəstəliyə diaqnoz qoyulan zaman xəstənin anamnezinə diqqətlə qulaq asmaqda fayda var.USM,rentgenoloji müayinə,palpasiya,auskultasiya,perkusiya və digər laborator müayinələrin nəticələri diaqnozun təsdiqlənməsində rol oynayır.