Dünyanın ən bahalı ölkəsi


Digərləri 08 Dek 2019 19:05:00 133 0

Dünyanın ən bahalı ölkəsi

Eurostat-ın araşdırmalarına əsasən, Avropanın turizm baxımından ən bahalı ölkəsi İslandiyadır.

O, bu sıralamada İsveçrə, Norveç və Danimarkanı geridə qoyur. Daha sonrakı yerlərdə isə İrlandiya, Lüksemburq, Finlandiya, İsveç, Böyük Britaniya və Niderland qərarlaşıb.

Son.az fins.az-a istinadən bildirir ki, bu ada ölkəsində qiymətlər, qitədəkindən ən azı yarım dəfədən çoxdur. Məsələn, adi kafedə pendirli pizza 17 avro, bir qədəh şərab minimum 10 avrodur. Burada iki nəfər üçün orta səviyyəli nahar 85 avroya (təxminən 170 AZN) başa gəlir.