Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var - VİDEO


Dünya 08 Dek 2019 18:43:53 144 0

Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var - VİDEO

​Keniyada yaşayış binasının uçması nəticəsində 7 nəfər ölüb, itkin düşənlər var

Keniyada xilasedicilər uçmuş altımərtəbəli binanın dağıntıları altından 2 nəfəri xilas edə bilib.

“Report” xəbər verir ki, bu barədə yerli “Citizen TV” telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə Nayrobidəki Embakasi dairəsində baş verib. Hadisə zamanı 7 nəfər həlak olub. Beynəlxalq Qırmızı Xaç Komitəsininyerli bölməsinin məlumatında bildirilir ki, uçqun zamanı daha 11 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, binanın uçması inşa prosesindəkiqüsurlara görə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyatın başlanğıcından 35 nəfər xilas olunub.