Rəssam həmkarının 120 minlik əsərini yedi


Digərləri 08 Dek 2019 18:45:00 90 0

Rəssam həmkarının 120 minlik əsərini yedi

Rəssam Devid Datuna ABŞ-ın Mayami şəhərində keçirilən "Art-Bazel" müasir incəsənət sərgisində nümayiş olunan həmkarı Maurizio Kattelana məxsus əsəri yeyib.

Son.az Kult.az-a istinadən xəbər verir ki, əsər divara yapışdırılmış banan olub və Fransadan olan kolleksiyaçıya 120 min dollara satılıbmış.

Rəssamın sözlərinə görə, bananı yeməklə "Ac rəssam" performansını yaradıb.

"Banan isə çox dadlı idi", - Datuna bildirib.