Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib


Dünya 08 Dek 2019 18:06:00 121 0

Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib

Suriyanın şimal-şərqində yerləşən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi düşərgəsinə naməlum təyyarələr tərəfindən hava zərbələri endirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində azı 5 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb.

Bildirilir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş ola bilər.