Kişilərin azlıq təşkil etdiyi ölkələr


Dünya 08 Dek 2019 17:42:00 117 0

Kişilərin azlıq təşkil etdiyi ölkələr

Bir müddət əvvəl söz-söhbət yayılmışdı ki, İslandiyada kişi çatışmır.

Guya island qadınla evlənən hər əcnəbi kişiyə 5 min dollar verirlər.

Son.az bizimyol.info-ya istinadən bildirir ki, İslandiya haqqında deyilənlər yalandır. Bu şimal ölkəsində, əksinə, qadın azlığı var. İslandiyada orta hesabla hər 100 kişiyə 96,2 qadın düşür.

Kişi çatışmadığı ölkə adını Latviyaya, Litvaya vermək olar. Baltikyanı ölkələrdə cinslər arasında ciddi statistika fərqi hiss edilir. Latviyada 100 kişiyə 117, Litvada 116 qadın qeydə alınıb.