Britaniyanın ən böyük qızıl külçəsi tapıldı


Dünya 08 Dek 2019 16:37:00 136 0

Britaniyanın ən böyük qızıl külçəsi tapıldı

Böyük Britaniyanın ən böyük külçəsi tapılıb.

Son.az Axar.az-a istinadən bildirir ki, 121,3 qram ağırlığında olan külçə kəşfiyyatçılar tərəfindən Şotlandiyadakı çaylardan birinin dərinliklərində tapılıb. Qızılın mənşəyi ilə bağlı kitab yazan Li Palmer külçənin haradan gəldiyini və hansı dövrə aid olduğunu öyrənmək üçün onun üzərindəki maddələri araşdırmalı olduqlarını bildirib.

Külçə London Təbiət Tarixi Muzeyində və ya Şotlandiya Milli Muzeyində sərgilənəcək.