Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib


Siyasət 08 Dek 2019 14:55:00 140 0

Azərbaycan XİN Ukraynada yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan XİN bu barədə özünün "Twitter" səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: "Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik".