Polis küçəni bağladı - Şübhəli qutu aşkarlanıb


Digərləri 08 Dek 2019 14:16:49 148 0

Polis küçəni bağladı - Şübhəli qutu aşkarlanıb

Qazaxıstanın Almatı şəhərində şübhəli qutu səbəbindən küçə polislər tərəfindən bağlanıb

Bakı. Qazaxıstanın Almatı şəhərində şübhəli qutu səbəbindən küçə polislər tərəfindən bağlanıb. Trend-in "Kazinform"a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin məlumatında deyilir. Məlumatda bildirilir: "Sain küçəsi ilə Tole bi prospektinin kəsişməsində şübhəli bir qutunun tapıldığı barədə siqnal alındı. Bu cür mesajlara cavab verilməsi üzrə həyata keçirilən ilkin tədbirlər çərçivəsində şəhərin təcili və operativ xidmətləri tərəfindən ilk növbədə vətəndaşların təhlükəsizliyi təmin edilib: hadisə yeri mühasirəyə alınıb, patrul polisi nəqliyyat vasitələrini alternativ avtomobil yollarına yönəldib".