Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 08 Dek 2019 13:04:00 170 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Axşama doğru əsasən yağmursuz. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-10° isti,

Bakıda gecə 5-7°, gündüz  8-10°  isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.