Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi


Digərləri 08 Dek 2019 12:54:00 165 0

Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Türkiyədə "Best Model of The World - 2019" beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, yarışmada ölkəmizi model Nuru Əhmədov təmsil edib. O, müsabiqəsinin qalibi seçilib. Belə ki, yarışmaya 40 müxtəlif ölkədən modellər qatılıb. Müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.

Qeyd edək ki, Nuru Əhmədov bundan öncəki il də yarışmaya qatılmışdı. Sənətçi indiyədək bir neçə klipdə və videoçarxda yer alıb.