Azərbaycanda məmur qəza törətdi:


Digərləri 08 Dek 2019 12:44:00 167 0

Azərbaycanda məmur qəza törətdi:

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

Son.az APA-ya istinadən bildirir ki, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Son.az