"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab


Digərləri 08 Dek 2019 12:49:12 74 0

"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab

Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir

Bakı. Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir. Trend-in məlumatına görə, "Bakı Metropoliteni" QSC bildirir ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb. Qeyd olunmalıdır ki, bu günlərdə QSC sədrinin müavini televiziya proqramlarından birinin efir qonağı kimi hidrogeoloji təsirlərin qarşısının alınması məqsədilə "Həzi Aslanov" stansiyasında qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və bu məqsədlə dövlətin müvafiq səlahiyyətli orqanına müraciət olunduğunu qeyd edib. Lakin onun çıxışında stansiyanın bağlanması ilə bağlı ifadə yer almayıb. Buna rəğmən məlumat dərc edən kütləvi informasiya vasitələri heç bir əsas olmadan və naməlum səbəblərdən təmir işləri ilə stansiyanın bağlanması arasında qəribə məntiqi bağlılıq quraraq və dəqiqləşdirmə aparmadan tamamilə yanlış məlumat yayıblar. Bununla da ictimaiyyət arasında çaşqınlığın yaranmasına səbəb olublar. "Bakı Metropoliteni" QSC bildirir ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub. Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb. Ümumiyyətlə, "əsaslı təmir" anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur. Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına "Nizami" stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin "Xətai" stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, "28 May" stansiyasında isə "Cəfər Cabbarlı" stansiyasının keçidlərindən istifadə edirdilər.
“Cənab general, dostumuzun bir məsələsi var, onu həll etmək lazımdır” like
  • 08 Dek 12:49  
Kriminal “Cənab general, dostumuzun bir məsələsi var, onu həll etmək lazımdır”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 61 yaş

arrow Ətraflı
Bakı Metropoloiteni: "Həzi Aslanov" stansiyasının bağlanacağı barədə məlumatlar əsassızdır like
  • 08 Dek 12:46  
Sosial Bakı Metropoloiteni: "Həzi Aslanov" stansiyasının bağlanacağı barədə məlumatlar əsassızdır

Bakı Metropoloiteni: "Həzi Aslanov" stansiyasının bağlanacağı barədə m

arrow Ətraflı
Azərbaycanda məmur qəza törətdi: like
  • 08 Dek 12:44  
Digərləri Azərbaycanda məmur qəza törətdi:

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını d

arrow Ətraflı
Otel otağında kimsəsiz ölən dahi... like
  • 08 Dek 12:34  
Digərləri Otel otağında kimsəsiz ölən dahi...

Müasirləri Teslanı "XX əsri yaradan insan" hesab edirdilər. Təbi

arrow Ətraflı
Azərbaycanda bu ərazilərdə 89 ballıq zəlzələlər baş verə bilər like
  • 08 Dek 12:24  
Digərləri Azərbaycanda bu ərazilərdə 89 ballıq zəlzələlər baş verə bilər

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələr

arrow Ətraflı
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər like
  • 08 Dek 12:15  
Digərləri Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələ

arrow Ətraflı
“Sən nə edirsən?! Sonun çatıb, anladın?!...” like
  • 08 Dek 12:14  
Dünya “Sən nə edirsən?! Sonun çatıb, anladın?!...”

Ukraynada biznesmen-oliqarx İqor Kolmoyski oğlunun oynadığı basketbol klubu

arrow Ətraflı
Alimlərdən şoka salan açıqlama: like
  • 08 Dek 12:09  
Digərləri Alimlərdən şoka salan açıqlama:

Quraqlıq və ya başqa fiziki zədələnmələrdən əziyyət çəkən bitkilə

arrow Ətraflı
Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub like
  • 08 Dek 12:04  
Dünya Yunanıstanda 4,3 maqnitudalı zəlzələ olub

Bu gün səhər saatlarında Yunanıstanda zəlzələ olub.

arrow Ətraflı
Qubada Yevda Abramovla vida mərasimi başlayıb - YENİLƏNİB like
  • 08 Dek 12:00  
Sosial Qubada Yevda Abramovla vida mərasimi başlayıb - YENİLƏNİB

​Qubada Yevda Abramovla vida mərasimi başlayıb

arrow Ətraflı
Yolları qan çanağına döndərən "ölüm maşınları" hansılardır? like
  • 08 Dek 11:59  
Digərləri Yolları qan çanağına döndərən "ölüm maşınları" hansılardır?

Bir neçə gün əvvəl Şəmkir-Gədəbəy magistralında toydan qayıdan "

arrow Ətraflı
Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var like
  • 08 Dek 11:55  
Sosial Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var

​Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan

arrow Ətraflı
Tanınmış müğənni çılpaq FOTOlarını paylaşdı  İzləyiciləri "topa tutdu" like
  • 08 Dek 11:54  
Digərləri Tanınmış müğənni çılpaq FOTOlarını paylaşdı İzləyiciləri "topa tutdu"

Tanınmış müğənni çilpaq formada hovuza girdiyi fotolarını instaqram hes

arrow Ətraflı