Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər


Digərləri 08 Dek 2019 12:15:40 126 0

Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib. N.Paşayevin sözlərinə görə, Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən burada zəlzələnin təkrarlanması xarakterik hal sayılır. Respublikada Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir. Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşür: