Qubada Yevda Abramovla vida mərasimi başlayıb - YENİLƏNİB


Sosial 08 Dek 2019 12:00:00 162 0

Qubada Yevda Abramovla vida mərasimi başlayıb - YENİLƏNİB

​Qubada Yevda Abramovla vida mərasimi başlayıb

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət EvindəMilli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi başlayıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində respublikanın dövlət və ictimai xadimləri iştirak edir.Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-damüalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

***11:08

Milli Məclisin vəfat etmiş deputatı,İnsan hüquqları komitəsinin sabiq sədr müaviniYevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.

Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.