Yolları qan çanağına döndərən "ölüm maşınları" hansılardır?


Digərləri 08 Dek 2019 11:59:00 125 0

Yolları qan çanağına döndərən "ölüm maşınları" hansılardır?

Bir neçə gün əvvəl Şəmkir-Gədəbəy magistralında toydan qayıdan "Vaz-21011" "Mitsubishi Pajero" ilə toqquşub. Nəticədə "Vaz-21011"də olan iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb. Digər avtomobilin sürücüsü isə saxlanılıb.

Yollarda qəzalara ən çox səbəb olan, təhlükəsizlik baxımından aşağı səviyyəli avtomobillər hansılardır? Ümumiyyətlə, təhlükəsizlik baxımından avtomobillər hansı keyfiyyətlərinə görə qiymətləndirilirlər?

Son.az bildirir ki, hüquqşünas Ərşad Hüseynov Lent.az-a açıqlamasında qəzalara və onların nəticələrinə gətirib çxıaran 3 əsas amili diqqətə çatdırıb:

"Yol hərəkəti təhlükəsizliyi baxımından komponentlərin tərkib hissələrinin hamısını götürmək lazımdır. Təhlükəsizlik, yol-nəqliyyat hadisələrinin baş verməsi, hadisələrin nəticələrinə gətirib çıxaran əlaqələrdə 3 əsas element var: 1) İnsan, yəni, sürücü, sərnişin, piyada, velosiped sürən və s. 2) avtomobil; 3) yol infrastrukturu.

Əgər bu komponentlərin üçü də eyni olanda o zaman mülahizələr yürütmək mümkündür ki, hansı yollarda daha çox qəzalar baş verir, ağır nəticələnir, kimlər ən çox qəza törədir? Yaxud, hansı avtomobillərlə törədilən qəzalarda nəticələr daha ağır olur?"

Ərşad Hüseynov təhlükəsizlik baxımından markaların bir-birindən ciddi fərqləndiyini və müasir avtomobillərin daha təhlükəsiz olduğunu deyib: