Demokratlar Trampın impiçmenti ilə bağlı konstitusiya əsaslı məruzəni yayıblar


Dünya 08 Dek 2019 11:42:08 154 0

Demokratlar Trampın impiçmenti ilə bağlı konstitusiya əsaslı məruzəni yayıblar

​Demokratlar Trampın impiçmenti ilə bağlı konstitusiyaya əsaslanan məruzəni yayıblar

ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq komitəsinin Demokrat Partiyasından olan üzvləri prezident Donald Trampın impiçmentinin konstitusiyaya əsaslanan məruzəsini elan ediblər.

Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, ABŞ dövlətinin başçısı hakimiyyətdən sui-istifadə edir.

Demokratların fikrincə, belə vəziyyət əcnəbilərlə əlaqələrin hesabına milli maraqlara xəyanətdir, həmçinin vəzifə mükəlləfiyyətlərini və ya seçki institutunu pozur.

Onlar həmçinin hesab edirlər ki, ictimai etibardan istənilən sui-istifadə impiçment üçün əsasdır.